Slider

Tələbə Tarifi

Tələbə tarifi Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsil alan tələbələrə şamil olunur. Tələbə tarifində ay ərzində balansın artırılmasına görə növbəti ay müəyyən internet trafiki hədiyyə olunur. 

Tələbə paketində olan nömrələrin satışı yalnız Naxçıvan şəhərində yerləşən Naxtel Müştəri Xidmətlərində həyata keçirilir. 18 yaşı tamam olmuş tələbələr şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə Naxçıvan şəhərində yerləşən Naxtel Müştəri Xidmətlərinə yaxınlaşaraq Tələbə tarifində ilk aldıqları nömrəni ödənişsiz əldə edə bilər. Daha öncədən Sosial tarifində nömrə alan tələbələr Naxçıvan şəhərində yerləşən Naxtel Müştəri Xidmətlərinə yaxınlaşaraq və tarif dəyişikliyi edərək Tələbə tarifinə keçə bilər. Xidmət ödənişlidir və ödəniş 1 AZN təşkil edir.

Ay ərzində balansın artırılmasına görə təqdim olunan bonuslar:

  • 3 – 5,99 AZN olduqda 300 MB
  • 6 – 8,99 AZN olduqda 600 MB
  • 9 – 11,99 AZN olduqda 900 MB
  • 12 – 14,99 AZN olduqda 1200 MB
  • 15 – 17,99 AZN olduqda 1500 MB
  • 18 AZN və yuxarı olduqda 1800 MB internet trafiki hədiyyə olunur

     İstifadə müddəti: 30 gün 

Xidmət

Qiymət

Tarifdaxili zəng/1 dəq

 0.01 AZN

Şəbəkədaxili zəng / 1 dəq

0.02 AZN

Şəbəkədaxili SMS / 1 ədəd

0.02 AZN

Şəbəkəxarici zəng / 1 dəq

0.04 AZN

Şəbəkəxarici SMS / 1 ədəd

0.02 AZN

İnternet / 1 Mb

0.01 AZN

Milli rominqdə zəng / 1 dəq

0.06 AZN

Milli rominqdə SMS / 1 ədəd

0.05 AZN

Milli rominqdə internet / 1 Mb

0.06 AZN

Milli rominqdə beynəlxalq zəng / 1 dəq

0.36 AZN

Milli rominqdə beynəlxalq SMS / 1 ədəd

0.08 AZN

Beynəlxalq zəng / 1 dəq

0.32 AZN

Beynəlxalq SMS / 1 ədəd

0.06 AZN

Qeydlər

  • Tələbə tarifində zəng intervalı 20 saniyədir. 
  • Təqdim olunan bonuslar Naxçıvan Muxtar Respublikası daxilində istifadə edilə bilər  və istifadə müddəti 30 gündür .
  • Tələbələrə özəl yaradılmış tələbə paketinin müddəti tələbə biletinin etibarlılıq müddəti bitənə kimidir. Bundan sonra nömrə Sosial tarifinə keçəcək və hesablama bu tarifə uyğun aparılacaqdır. 
  • Əgər tələbə öz təhsil müddətini uzadarsa və ya təhsil pilləsini dəyişərsə  bu zaman yeni tələbə bileti ilə Naxtel Müştəri Xidmətlərinə yaxınlaşıb, yenidən Tələbə tarifinə qoşula bilər.
  • Cari tarif paketi haqqında məlumatı telefonun ekranından *610#YES  yığaraq öyrənmək mümkündür.
Tələbə tarifi haqqında tez-tez verilən suallar

Tələbə tarifində ay ərzində balansın artırılmasına görə bonuslar nə zaman təqdim olunur?

  • Tələbə tarifində cari ay üzrə balansın artırılmasına görə bonuslar növbəti ayın 1-də təqdim olunur.

Tələbə tarifində ay ərzində balansın artırılmasına görə təqdim olunan bonuslar necə yoxlanılır?