Slider

NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. ”NAXTEL” 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 7 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1GB informasiya daşıya bilən avadanlıqlar qurulmuşdır. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhz, 900 Mhz və 1800 Mhz tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və SMS xidmətləri daxildir.

NAXTEL MMC−NİN MƏQSƏDİ MÜASİR TEXNOLOGİYALARDAN İSTİFADƏ ETMƏKLƏ VƏTƏNDAŞLARIMIZA YÜKSƏK KEYFİYYƏTLİ MOBİL XİDMƏTLƏR TƏQDİM ETMƏKDİR.

xidmet merkezlerimiz