Slider

Kredit Xidməti

Balansınızda kifayət qədər vəsait yoxdursa, Naxtelin kredit xidməti sizin köməyinizə çatacaq. Əldə edə biləcəyiniz kredit məbləğləri fərqlidir. Bu əsasən ödəniş və istifadə tarixçənizdən asılı olaraq dəyişir.


“KreditPlus” xidməti ilkin kredit borcunu ödəmədən 5 AZN dəyərində növbəti krediti götürmək şansı yaradır. Bu əsasən ödəniş və istifadə tarixçəsindən asılı olaraq dəyişir.

Müvafiq “açar sözü” 6161 SMS göndərməklə və ya USSD kodu yığmaqla kredit aktivləşdirə bilərsiniz. Kredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir uğurlu sorğunun dəyəri 0.05 AZN təşkil edir.

Kredit məbləği: 0,50 AZN 

İstifadə haqqı: 0,10 AZN

Qoşulma: 

  • “K050” açar sözü, 6161-ə  SMS
  • *616#050#YES
  • Naxtel Plus

Kredit məbləği: 1 AZN 

İstifadə haqqı: 0,20 AZN

Qoşulma: 

  • “K1” açar sözü, 6161-ə  SMS
  • *616#1#YES
  • Naxtel Plus

Kredit məbləği: 2 AZN 

İstifadə haqqı: 0,40 AZN

Qoşulma: 

  • “K2” açar sözü, 6161-ə  SMS
  • *616#2#YES
  • Naxtel Plus

Kredit məbləği: 3 AZN 

İstifadə haqqı: 0,60 AZN

Qoşulma: 

  • “K3” açar sözü, 6161-ə  SMS
  • *616#3#YES
  • Naxtel Plus

Kredit məbləği: 5 AZN 

İstifadə haqqı: 1 AZN

Qoşulma: 

  • “Plus5” açar sözü, 6161-ə  SMS
  • *616#5#YES
  • Naxtel Plus

Qeydlər

  • Götürülə biləcək maksimum kredit məbləği haqqında məlumatı öyrənmək üçün *616#6#YES yığmaq və ya “infomax” yazıb 6161-ə SMS göndərmək lazımdır.
  • Naxtel Kredit xidmətindən yalnız öncədən ödənişli və nömrəsi aktiv statusda olan abunəçilər istifadə edə bilər. 
  • Kredit borcu növbəti balans artımından sonra balansdan silinir. 
  • Kreditin alınması nömrənin aktivlik müddətini uzatmır.
  • Kredit xidməti haqqında ətraflı məlumat üçün “info” yazıb 6161-ə SMS göndərmək və ya *616#0#YES USSD kodunu yığmaq kifayətdir. 
  • Kredit borcunuzu yoxlamaq üçün “kredit” yazıb 6161-ə SMS göndərə və ya *616#YES yığa bilərsiniz. 
  • Kredit götürmək üçün yığdığınız hər bir uğurlu kredit sorğusuna görə balansınızdan 0.05 AZN xidmət haqqı tutulacaq. Uğursuz kredit sorğusuna görə isə balansınızdan heç bir məbləğ çıxılmayacaq. Əgər balansınızda kifayət qədər məbləğ varsa, uğurlu sorğunun dəyəri balansınızdan dərhal silinəcək. Balansınızda kifayət qədər məbləğ yoxdursa və kredit sorğusu uğurludursa, bütün sorğuların dəyəri götürdüyünüz kredit məbləğinin istifadə haqqı ilə birlikdə cəmlənəcək.  
  • Abunəçi kredit borcunu 30 gün ərzində ödəmədikdə Naxtelin xidmətlərindən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir.  

Kredit borcumu ödəmədən yeni kredit götürə bilərəmmi?

  • Kredit borcunu ödəmədən yalnız kreditplus paketindən istifadə etmək mümkündür. Bunun üçün abunəçinin şəbəkədə aktiv olma müddəti 360 gündən çox olmalı və son 30 gün ərzində balansını cəm olaraq minimum 25 AZN və üzəri artırmalıdır.

Balans köçürmə əməliyyatı vasitəsilə balansımı artırdığım zaman kredit borcum silinirmi?

  • Kredit borcunun silinməsi bütün balansartırma əməliyyatları zamanı baş verir.

Kredit xidmətindən nə üçün istifadə edə bilmirəm?

  • Bunun bir və ya bir neçə səbəbi ola bilər.
    – Nömrənin birtərəfli və ya ikitərəfli bağlı olması
    – Son 15 gün ərzində balans artırma əməliyyatının 1 AZN-dən az olması
    – Şəbəkədə aktiv olma müddətinin 90 gündən az olması

Yeni aldığım nömrədə kredit xidmətindən istifadə edə bilərəmmi?

  • Yeni abunəçi, nömrəsi aktiv olduqdan 90 gün sora kredit xidmətindən istifadə edə bilər.