TOPLU SMS XİDMƏTİ
SMS yaz göndər

Məhsullarınızı və xidmətlərinizi geniş auditoriyalara çatdırmanın ən effektli üsullarından biri Toplu SMS xidmətidir.

Slider

Toplu SMS nədir?

Məhsullarınızı və ya xidmətlərinizi geniş auditoriyalara çatdırmanın ən effektli üsullarından biri Toplu SMS xidmətidir. Naxtelin təqdim etdiyi bu xidmət müştəriləriniz və firmanız arasında sürətli və sərfəli əlaqə qurmanın asan yoludur. Xidmət vasitəsilə siz istənilən zaman, istənilən yerdən müştərilərinizə və ya hədəf kütlənizə toplu və ya tək-tək mesaj göndərə bilərsiniz. Toplu SMS xidmətindən istifadə edən zaman siz aşağıda göstərilən meyarlardan istifadə edərək, məlumat göndərmək istədiyiniz seqmentlərə uyğun kütləni seçə bilərsiniz.

Toplu SMS xidmətindən necə istifadə edə bilərəm?

Toplu SMS xidmətindən istifadə etmək üçün buradan keçid alaraq Naxtel tərəfindən verilmiş istifadəçi adı və şifrəni daxil etməklə öz hesabınızı idarə edə bilərsiniz. Daxil olduğunuz bölmədə SMS sayı, list və kontaktlar və həmçinin SMS tarixçəsinə nəzarət edə bilərsiniz. Bu bölməyə müştəri bazasını daxil edərək, SMS mətnlərini təyin olunmuş nömrələrə tək-tək və ya toplu şəkildə göndərmək mümkündür. SMS standartlarına görə 140 simvol, Azərbaycan hərflərindən istifadə etdikdə isə 70 simvol 1 SMS hesab olunur.

Meyarlar

Yaş
Yaş kateqoriyasına görə abunəçi kütləsinin seçilməsi. Məhsulun və ya xidmətin uyğun olduğu yaş kateqoriyasını bu meyarla özünüz təyin edə bilərsiniz.
Cins
Cinsə görə abunəçi kütləsinin seçilməsi. Kişi və qadın abunəçiləri ayrılıqda seçərək məlumatlarınızı istədiyiniz kateqoriyaya uyğun göndərə bilərsiniz.
Ərazi
Əraziyə görə abunəçi kütləsinin seçilməsi. Bu meyar müştərini qeydiyyatda olduğu əraziyə görə çeşidləmə imkanı yaradır. Bu meyarı seçməklə sizin üçün əlverişli olan ərazidəki müştərilərlə daha tez əlaqə yarada bilərsiniz.
Ödəniş

Ödənişə görə abunəçi kütləsinin seçilməsi. Bu meyarda abunəçinin aylıq balans yükləmələri əsas götürülür. Bu meyar sizə məhsullarınızın qiymətlərinə uyğun büdcəsi olan müştəriləri tapmaqda və onları məhsul və xidmətlərinizdən xəbərdar etməkdə kömək edəcək.

Rominq istifadəçiləri
Cari dövr ərzində Rominqdə olan abunəçilərə bu meyar vasitəsilə Toplu SMS göndərilə bilər. Bunun üçün bu meyarı seçmək kifayətdir.
İnternet istifadəçiləri
Mobil internetdən aktiv istifadə edən abunəçilərə SMS göndərmək məqsədilə bu meyar seçilə bilər.

SMS qiymətləri və digər məlumatlar üçün əlaqə:

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev, 3/ AZ7000

Tel: (036) 550-83-82

E-mail: info@naxtel.az

Çağrı Mərkəzi: 299

Qeydlər

  • Sifariş edilən minimum SMS sayı 5000 ədəd olmalıdır.
  • Yuxarıda qeyd edilən meyarlardan hər hansı birini seçdikdə hər SMS üçün əlavə olaraq 0.01 AZN hesablanır.