Slider

Ailəm paketi

Sizi və sevdiyiniz insanları bir araya gətirən, yeni “Ailəm” paketi. Bu özəl paket sayəsində ailə üzvləriniz və ya yaxınlarınızla birlikdə pulsuz şəkildə danışa və daha çox əlaqə saxlaya bilərsiniz. “Ailəm” paketinə bu paketi aktiv edən nömrə ilə birlikdə 5 abunəçi qoşula və yalnız bu abunəçilər öz aralarında limitsiz danışa bilər. Digər şəbəkədaxili şəbəkəxarici zənglər isə cari tarif planlarına əsasən hesablanacaq.

Paketin dəyəri: 6 AZN

Paketə əlavə olunacaq hər yeni üzv nömrə üçün: 1AZN
Paketə qoşulan maksimum nömrə sayı: 5
Paketin istifadə müddəti: 3 ay

• “Ailem” açar sözünü 6065-ə SMS göndərmək.
• Üzv əlavə etmək: +99460******* 6065-ə SMS göndərmək.
• Üzv ləğv etmək: -99460******* 6065-ə SMS göndərmək.
• Ailəm paketini ləğv etmək: “Stopailem” açar sözü 6065-ə SMS göndərmək.
• Ailəm paketində üzvlüyü tərk etmək: “Stop” açar sözü 6065-ə SMS göndərmək.
• Ailəm paketi sorğu: “Info” açar sözü 6065-ə SMS göndərmək.

Xidmət

Qiymət

Şəbəkədaxili zəng / 1 dəq

0.04 AZN

Şəbəkədaxili SMS / 1 ədəd

0.04 AZN

Şəbəkəxarici zəng / 1 dəq

0.06 AZN

Şəbəkəxarici SMS / 1 ədəd

0.06 AZN

İnternet / 1 Mb

0.04 AZN

Milli rominqdə zəng / 1 dəq

0.06 AZN

Milli rominqdə SMS / 1 ədəd

0.05 AZN

Milli rominqdə internet / 1 Mb

0.06 AZN

Milli rominqdə beynəlxalq zəng / 1 dəq

0.36 AZN

Milli rominqdə beynəlxalq SMS / 1 ədəd

0.08 AZN

Beynəlxalq zəng / 1 dəq

0.32 AZN

Beynəlxalq SMS / 1 ədəd

0.06 AZN

Avantaj Paketləri

Avantaj 10 paketi ilə 30 gün ərzində 350 ölkədaxili dəqiqə, 3 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 10 ₼ 

Qoşulma: 

Avantaj 15 paketi ilə 30 gün ərzində 550 ölkədaxili dəqiqə, 6 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 15 ₼ 

Qoşulma: 

Avantaj 25 paketi ilə 30 gün ərzində 900 ölkədaxili dəqiqə, 18 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 25 ₼ 

Qoşulma: 

Avantaj 40 paketi ilə 30 gün ərzində 1500 ölkədaxili dəqiqə, 30 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 40 ₼ 

Qoşulma: 

Avantaj paketləri daxilində təqdim edilən “FreeNet” 1 günlük limitsiz internetin aktivləşdirilməsi:

Qeydlər

• Abunəçinin paketə əlavə etdiyi üzv nömrələrdən birini və ya bir neçəsini çıxarması ödənişsizdir.
• Abunəçi “Ailəm” paketindən nömrə çıxardıqdan sonra yeni nömrə əlavə edərsə balansından 1AZN çıxılacaq.
• 3 ay sonra abunəçinın balansında kifayət qədər vəsait olduqda paket avtomatik olaraq yenilənəcək.
• Yenilənmə zamanı balansdan paketin dəyəri ( 6 AZN) və üzvlərin sayı qədər vəsait çıxılır.
• 3 ay tamamlandıqda balansda kifayət qədər vəsait olmazsa paket ləğv olunur. Abunəçi balans yükləyərək yenidən paketi aktiv edə bilər.
• 3 ay tamam olmadan yeni paket sifarişi mümkün deyil.
• “Ailəm” paketinə üzv edilən nömrə başqa bir abunəçi tərəfindən aktiv edilmiş “Ailəm” paketinə üzv edilə bilməz və üzv nömrə “Ailəm” paketini aktiv edə bilməz.
• “Ailəm” paketini aktiv edən abunəçi və paketə qoşulan nömrələr istənilən tarif dəyişikliyi, internet və ya danışıq paketi aktiv edə bilər.
• Ailəm paketini aktiv edən abunəçi, başqa Ailəm paketinə üzv edilə bilməz.

• Ailəm paketinə daxil olan nömrələr hər hansı dəqiqə paketi aktiv edərsə (balansa əlavə edilərsə) istifadə prioriteti danışıq paketlərində olacaqdır.(Avantaj paketlər, Doğum günü və.s)
• Ailəm paketini aktiv edən abunəçi “Info” açar sözünü 6065-ə SMS göndərərək, üzv nömrələr və paketin son istifadə müddəti haqqında məlumat əldə edə bilər.
• Ailəm paketinə üzv olan nömrə “Info” açar sözünü 6065-ə SMS göndərərək yalnız Ailəm paketini aktiv edən əsas nömrəni və paketin istifadə müddəti haqqında məlumat əldə edə bilər.
• Barr statusunda olan nömrə Ailəm paketini aktiv edə bilməz.
• Ailəm paketini aktiv edən abunəçi, barr statusda olan nömrəni paketə üzv edə bilər.Üzv olan barr nömrə paketə daxil olan nömrələrlə ödənişsiz olaraq danışmaq üçün balansına minimum 1AZN vəsait yükləyərək nömrəsini aktivləşdirməlidir.
• Ailəm paketi aktiv edən abunəçi fakturasız xətt  abunəçisi olmalıdır.
• Ailə paketini aktiv edən abunəçi həm fakturalı həm də fakturasız abunəçilərini Ailəm paketinə üzv edə bilər

Ailəm paketi haqqında tez-tez verilən suallar

Ailəm paketi istifadəsi zamanı Limitisiz tarif paketlərindən hansısa birini aktiv etmək mümkündür ?

  • Ailəm paketini aktiv edən abunəçi Limitsiz tarif paketlərindən istədiyi birini aktiv edə bilər.

Üç ay tamam olduqdan sonra paket yenilənərsə balansdan nə qədər vəsait çıxılacaq ?

  • Balansınızdan Ailəm paketinin abunə haqqı 6 AZN və hər bir üzv üçün 1 AZN vəsait silinəcək.

Ailəm paketini necə ləğv edə bilərəm ?

  • Stopailem” açar sözünü 6065-ə SMS gönərərək Ailəm paketini ləğv edə bilərsiniz. Bu halda paketi ləvğ edən abunəçinin abunə haqqı və paketə daxil olan üzvlərin abunə haqqı geri qaytarılmır.

Ailəm paketinə üzv olan abunəçinin zəng dəqiqəsi milli rominqdə necə hesablanır ?

  • Ailəm paketinə üzv olan abunəçinin milli rominqdə olarkən digər üzvlərə edəcəyi zənglərin  dəqiqəsi milli rominqin tarif plana əsasən hesablanır. Paketə üzv olan digər abunəçilər isə milli rominqdə olan abunəçi ilə ödənişsiz danışacaq.