Naxte Plus yeniləndi!

Funksional və sadə interfeyslə yenilənmiş Naxtel Plus artıq sizə bir neçə hesabı eyni anda idarə etmək imkanı verir .

Slider

Əsas Səhifə

Yenilənmiş Naxtel Plus artıq istifadə üçün daha rahatdır. “Əsas səhifədə” nömrənin tarifini və statusunu görə bilərsiniz. 

 “Balansınızı artırın” bölməsinə daxil olaraq balansınızı rahatlıqla artıra bilər və həmin hissəni sağa, sola hərəkət etdirərək digər xidmətlərdən də istifadə edə bilərsiniz.

Orta hissədə balansınızda olan vəsaiti və nömrənin aktiv qalma müddətini görəcəksiniz

Aşağı hissədə yerləşdirilmiş dairələrdə hesabınızda olan dəqiqə, internet və SMS paketlərinizə nəzarət edə bilərsiniz. Eyni zamanda bu dairələrə toxunaraq aktiv paketiniz haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Nömrələrin idarə edilməsi

Sol üst münyudan “Nömrələrin idarə edilməsi” bölməsinə daxil olaraq hesabınızda olan nömrələri görə bilər və idarə edə bilərsiniz. Eyni zamanda “yeni nömrə əlavə et” hissəsindən istifadənizdə olan bir və ya bir neçə nömrəni hesabınıza əlavə etmək də mümkündür.

Nömrə axtarışı

“Nömrə axtarışı” bölməsindən əldə etmək istədiyiniz nömrəni qeyd etməklə satış üçün uyğunluğu və qiyməti ilə tanış ola bilərsiniz.

Tariflər

Bu bölmədə siz, Tariflərlə ətraflı tanış ola bilər və istəyinizə uyğun bir tarifi seçərək asanlıqla qoşula bilərsiniz.

Paketlər

Bu bölmədə siz, danışıq və internet paketləri ilə ətraflı tanış ola bilər, istəyinizə və tələblərinizə uyğun olan paketi seçib aktiv edə bilərsiniz.

Sol üst menyu

Tətbiqin digər funksiyaları “Sol üst menyuda” yerləşdirilib.

Bu hissədə “Xidmət nöqtələri” bölməsindən Naxtel Satış və xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayonları görə bilərsiniz.

“Rouminq” bölməsindən rouminq xidmətinin istifadə olunduğu ölkələr və tariflər haqqında ətraflı məlumat əldə etmək mümkündür.

“Canlı dəstək” bölməsinə daxil olaraq sual və təkliflərinizi Çağrı mərkəzi operatorlarına birbaşa yönləndirə bilərsiniz. 

Yeni və aktual kampaniyalar haqqında ətraflı məlumat sol üst menyuda “Kampaniyalar” bölməsində yerləşdirilmişdir.

AppGallery_Badge_RGB
Google_play
app_store