Slider

Avantaj Tarifi

Avantaj paketlərinin üstünlüklərindən faydalanaraq sərfəli qiymətə daha çox danışıq və internet əldə edin. Avantaj tarifinə 4 paket daxildir və bu tarifə yalnız fakturasız xətt abunəçiləri qoşula bilər. Paket daxili dəqiqə və internet trafiki bitdikdə qiymətləndirmə Avantaj tarif planına uyğun hesablanır. Avantaj paketlərindən hər hansı birini aktiv etdikdə, tarif planı birbaşa Avantaj tarifi olaraq dəyişir. Tarifə keçid ödənişsizdir.

Avantaj paketlərinə müvafiq “açar sözü” 6060-a SMS göndərməklə qoşula bilərsiniz. Balansınızda olan qalıq dəqiqə və internet haqqında ətraflı məlumat əldə etmək üçün isə *6060#YES  və ya “Bonus” açar sözünü 6060-a SMS göndərmək kifayətdir.

Xidmət

Qiymət

Şəbəkədaxili zəng / 1 dəq

0.04 AZN

Şəbəkədaxili SMS / 1 ədəd

0.04 AZN

Şəbəkəxarici zəng / 1 dəq

0.06 AZN

Şəbəkəxarici SMS / 1 ədəd

0.06 AZN

İnternet / 1 Mb

0.04 AZN

Milli rominqdə zəng / 1 dəq

0.06 AZN

Milli rominqdə SMS / 1 ədəd

0.05 AZN

Milli rominqdə internet / 1 Mb

0.06 AZN

Milli rominqdə beynəlxalq zəng / 1 dəq

0.36 AZN

Milli rominqdə beynəlxalq SMS / 1 ədəd

0.08 AZN

Beynəlxalq zəng / 1 dəq

0.32 AZN

Beynəlxalq SMS / 1 ədəd

0.06 AZN

Avantaj Paketləri

Avantaj 10 paketi ilə 30 gün ərzində 350 ölkədaxili dəqiqə, 3 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 10 ₼ 

Qoşulma: 

Avantaj 15 paketi ilə 30 gün ərzində 550 ölkədaxili dəqiqə, 6 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 15 ₼ 

Qoşulma: 

Avantaj 25 paketi ilə 30 gün ərzində 900 ölkədaxili dəqiqə, 18 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 25 ₼ 

Qoşulma: 

Avantaj 40 paketi ilə 30 gün ərzində 1500 ölkədaxili dəqiqə, 30 GB internet və 1 günlük limitsiz internetin avantajlarından yararlanın.

Paketin dəyəri: 40 ₼ 

Qoşulma: 

Avantaj paketləri daxilində təqdim edilən “FreeNet” 1 günlük limitsiz internetin aktivləşdirilməsi:

Qeydlər

  • Avantaj paketlərinin istifadə müddəti aktiv edildiyi gündən etibarən 30 gündür. Paket daxili dəqiqə və internet, istifadə müddətindən əvvəl bitərsə yenidən istənilən Avantaj paketlərindən hər hansı birinə qoşulmaq mümkündür. 
  • Avantaj paketi daxilində təqdim edilən dəqiqə və internet trafiki bitmədən istənilən sayda Avantaj paketi aktivləşdirmək mümkündür. Bu zaman üstünlük ilk aktivləşdirilən Avantaj paketinə verilir.
  • Avantaj paketi daxilində ölkədaxili danışıq dəqiqələri və internet, paketin istifadə müddətindən əvvəl bitərsə hesablama Avantaj tarif planına uyğun aparılır.
  • Avantaj paketləri aktiv edildikdən sonra 30 gün ərzində istənilən bir gün, “FreeNet” günlük limitsiz internet trafikini  aktivləşdirmək mümkündür.
  • “FreeNet” günlük limitsiz internet paketinin istifadə müddəti, günün hansı saatında aktiv edilməsindən asılı olmayaraq həmin gün saat 23:59:59-dəkdir.
  • Balansda hər hansı internet paketi olduqda (Turbo, Avantaj və.s) “FreeNet” günlük limitsiz internet paketi aktivləşdirilərsə üstünlük “FreeNet” paketində olacaqdır.
  • “FreeNet” günlük limitsiz internet paketi yalnız bir cihazda, şəxsi istifadə üçün nəzərdə tutulmuşdur və digər cihazlarda istifadə üçün paylaşıla bilməz. Abunəçi tərəfindən sui-istifadə halları aşkarlanarsa, günlük limitsiz internet paketinin istifadəsinin məhdudlaşdırma hüququnu Naxtel şirkəti özündə saxlayır.
  • Avantaj tarifində zənglərin hesablama intervalı 60 saniyədir.
  • Avantaj tarifinə keçid ödənişsizdir.
  • Avantaj tarifindən digər hər hansı tarifə keçid  ödənişlidir. Xidmət haqqı 1 AZN-dir.
  • Avantaj tarif planından digər tariflərə keçid aldıqda, Avantaj paketlərinin dəqiqə və internet trafiki ləğv olunur.
Avantaj tarifi haqqında tez-tez verilən suallar

Avantaj paketlərinin istifadəsi zamanı Turbo paketlərdən hər hansı birini aktiv etmək mümkündürmü?

  • Avantaj paketi ilə birgə istənilən Turbo paketi aktiv etmək mümkündür. Bu zaman (Turbo 50MB və Turbo 300MB istisna olmaqla) üstünlük Avantaj paketi daxilində təqdim edilən internet trafikində olacaq.

Avantaj paketi daxilində təqdim edilən dəqiqə və internet trafikinin qalığı haqqında necə məlumat əldə edə bilərəm?

Avantaj paketləri hər ay yenilənirmi?

  • Avantaj paketləri aylıq yenilənən paketlər deyil. Paketi istədiyiniz vaxt (mövcud paketiniz bitmədən) aktiv edə bilərsiniz.

Avantaj paketini necə ləğv edə bilərərəm?

  • Avantaj paketini ləğv etmək üçün digər tarif planlarından birinə keçid edə bilərsiniz.

Avantaj paketi bitmədən yeni Avantaj paketi aktiv etmək mümkündürmü?

  • Mövcud avantaj paketi bitmədən yeni Avantaj paketi aktiv etmək mümkündür. Bu zaman aktiv etdiyiniz Avantaj paketinin istifadə müddəti (30 gün) həmin gündən hesablanır. Hesabınızda mövcud Avantaj paketin dəqiqə və internet tarifiki bitdikdə istifadə birbaşa olaraq digər Avantaj paketinə keçir.