Məxfilik Siyasəti üzrə Əsasnamə

Məxfilik Siyasəti və İstifadə Şərtləri

“Naxtel” MMC (bundan sonra “Naxtel” adlandırılacaq) məxfiliyə, məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərə, informasiya və fərdi məlumatların qorunması haqqında qanunvericiliyə əməl etmək öhdəliyi götürür. Siz hər hansı şəxsi məlumatınızı açıqlamadan www.naxtel.az saytına (“Sayt”) daxil ola bilərsiniz.

Siz saytdan istifadə şərtləri ilə bağlı olaraq bu bildirişi oxumalısınız.

Şəxsi məlumatların toplanması

Naxtel Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışır və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, müştəri sorğuları göndərdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman (məsələn, anketləri doldurduqda və ya sorğularda iştirak etdikdə) baş verir.

Toplanacaq şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, Sizin adınız və poçt ünvanınız, doğum tarixiniz, cinsiniz, telefon və faks nömrəniz, elektron poçtunuzun ünvanı, qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən toplanmış istənilən digər məlumatlar. Əgər Siz şəxsi məlumatlarınızı təqdim etmək qərarına gəldinizsə, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün və Sizin qeyd etdiyiniz istənilən xahiş nəzərə alınmaqla istifadə ediləcək.

Siz Naxtelə məlumatlarınızı verdiyinizi qəbul edirsiniz və Sizin məlumatların Məxfilik Siyasətinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.

Məlumat mübadiləsi

Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verdiyini, Naxtelin, habelə müştərilərin hüquq və təhlükəsizliyi şərtlərinə uyğun olduğunu hesab etdiyimiz zaman, Sizə şəxsi hesabınız və yuxarıda qeyd edilmiş digər şəxsi məlumatlar barədə informasiya verilir. Bu cür məlumatların verilməsi Naxtelin məsuliyyət daşımadığı məlumatların istifadəçilərə təqdim edilməsini nəzərdə tutur. Cinayət əməllərinin qarşısını almaq və ondan qorunmaq məqsədi ilə məlumatlar hüquq-mühafizə orqanlarına onların rəsmi yazılı sorğulara əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq müddəalarına dəqiq əməl edilməklə təqdim edilir.

İnformasiya təhlükəsizliyi

Nəzərinizə çatdırırıq ki, İnternet vasitəsilə yazışma, məsələn elektron poçtdan/internet poçtdan istifadə, şifrələnmiş olmadıqda etibarlı deyildir. Naxtel şəxsi məlumatlara öz nəzarətindən kənar olan hər hansı icazəsiz daxilolma və ya onun itirilməsinə görə məsuliyyət daşıya bilməz.

Biz şəxsi məlumatların toplanması, saxlanması və açıqlanması ilə bağlı fiziki, elektron və prosedur zəmanətləri veririk. Təhlükəsizlik tədbirləri onu nəzərdə tutur ki, şəxsi xarakter daşıyan məlumatı Sizə verməzdən əvvəl vaxtaşırı olaraq Sizin şəxsiyyətinizin müəyyən edilməsi proseduru həyata keçirilə bilər.

Məxfiliyin dəstəklənməsi

Sayta baxış zamanı kuki reklam faylları kompüterinizdə yerləşdiriləcək, beləliklə biz anlayacağıq ki, siz bizim hansı resurslarımız ilə maraqlanırsınız.

Naxtel bu İstifadə şərtlərinin və məxfilik siyasətinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericilikdə dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləşdirilməsi hüququnu özündə saxlayır.