Slider

"Gələcək dəyərlər" IT CLUB.

“Naxtel” MMC olaraq Naxçıvan Muxtar Respublikasının hər nöqtəsinə texnologiyanı daşıyaraq hər kəsə bərabər imkan yaratmaq, insanları elm və texnologiyanın yaratdığı avantajlarla tanışdırmaq üçün çalışırıq. Aparılan işlərin nəticəsi kimi “Gələcək dəyərlər” layihəsini təqdim edirik. Naxçıvan Muxtar Respublikasında proqram təminatı səfərbərliyi elan edərək informasiya texnologiyaları sahəsinə marağı olan potensiallı gənclərin kəşf edilməsini hədəfləyirik. Bu layihə ilə fərdi-inkişaf və iş imkanları təklif edirik.
“Gələcək dəyərlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikada İT sektoruna marağı olan gənclərə, öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən 60 gün müddətində təlimlər keçiriləcək. Təlim müddətində iştirakçılara Red-Hat alt strukturlu Linux əməliyyat sistemlərinin və Oracle SQL-in sirləri aşılanacaq. Beləki 60 günlük təlim müddətini müvəffəqiyyətlə başa vuran, telekommunikasiya sahəsində müvafiq bilikləri olan şəxslərə Naxtel MMC – nin “Billing & Charging” şöbəsində gələcək kariyerasını qurma imkanı yaradılacaq. Siz də “Gələcək dəyərlər” layihəsinə qatılmaq və kariyera qurmaq barədə düşünürsünüzsə haqqınızda ətraflı məlumatı it_club@naxtel.az elektron poçt ünvanına göndərə bilərsiniz.