Slider

Kredit borcumu ödəmədən yeni kredit götürə bilərəmmi?

  • Kredit borcunu ödəmədən yalnız kreditplus paketindən istifadə etmək mümkündür. Bunun üçün abunəçinin şəbəkədə aktiv olma müddəti 360 gündən çox olmalı və son 30 gün ərzində balansını cəm olaraq minimum 25 AZN artırmalıdır.

Balans köçürmə əməliyyatı vasitəsilə balansımı artırdığım zaman kredit borcum silinirmi?

  • Kredit borcunun silinməsi bütün balansartırma əməliyyatları zamanı baş verir.

Kredit xidmətindən nə üçün istifadə edə bilmirəm?

  • Bunun bir və ya bir neçə səbəbi ola bilər.
    – Nömrənin birtərəfli və ya ikitərəfli bağlı olması
    – Son 15 gün ərzində balans artırma əməliyyatının 1 AZN-dən az olması
    – Şəbəkədə aktiv olma müddətinin 90 gündən az olması

Yeni aldığım nömrədə kredit xidmətindən istifadə edə bilərəmmi?

  • Yeni abunəçi, nömrəsi aktiv olduqdan 90 gün sora kredit xidmətindən istifadə edə bilər.

Balansımı necə yoxlaya bilərəm?

İnternet balansımı necə yoxlaya bilərəm?

  • *660#YES 
  • *6060#YES  (nömrənizdə olan bütün paketlər haqqında məlumat almaq üçün)
  • “Bonus” açar sözünü 6060-a SMS
  • Naxtel Plus
  • Şəxsi kabinet

Hansı tarifdə olduğumu necə yoxlaya bilərəm?

Digər Naxtel abunəçisinin balansını necə artıra bilərəm?

Ödəmə kartı vasitəsilə :

  • *600#060nömrə#16 rəqəmli şifrə#YES
  • *600#060nömrə#16 rəqəmli şifrə# açar sözünü 6060-a SMS
  • Naxtel plus
  • Şəxsi kabinet

Balans köçürmə xidməti vasitəsilə:

  • *601#060nömrə#050#YES
  • *601#060nömrə#050# açar sözünü 6060-a SMS
  • Naxtel plus
  • Şəxsi kabinet

Qeydlər:

  • Xidmət haqqı 0.05 AZN təşkil edir.
  • Xidmətdən gün ərzində istənilən sayda istifadə edə bilərsiniz.
  • Öz balansınız hesabına digər Naxtel abunəçisinin balansını yalnız 0.50 AZN artıra bilərsiniz.

Gizli zəng xidmətini necə aktivləşdirmək olar?

  • Hər bir Naxtel abunəçisi üçün Gizli zəng xidməti aktivdir.
  • Gizli zəng xidməti vasitəsi ilə zəng zamanı nömrənin gizlədilməsi mümkündür.

Gizli nömrə ilə edilən zənglərin kim tərəfindən edildiyini öyrənə bilərəmmi?

  • Gizli zənglər sizi narahat edirsə və bu barədə məlumat əldə etmək istəyirsinizsə, yaşadığınız bölgənin Polis bölməsinə müraciət edə bilərsiniz.

Daxil olan zənglərin izahlı qaiməsini necə əldə etmək olar?

  • Daxil olan zənglərin izahlı qaiməsini əldə etmək mümkün deyil. 
  • İzahlı qaimədə yalnız çıxan zənglər, SMS-lər və ümumi istifadə haqqında məlumatlar əks olunur. SMS mətni göstərilmir.

Adıma olan nömrənin izahlı qaiməsini başqa şəxs əldə edə bilər?

  • Nömrənin rəsmi sahibindən başqa bu məlumatı heç kim əldə edə bilməz.
  • Adınıza olan nömrə haqqında izahlı qaimə əldə etmək üçün öz şəxsiyyət vəsiqənizlə birlikdə Naxtel Müştəri Xidmətlərinə yaxınlaşmalısınız.