Əsas Səhifə
Yenilənmiş Naxtel Plus artıq istifadə üçün daha rahatdır. “Əsas səhifədə” nömrənin tarifini və statusunu görə bilərsiniz.
“Balansınızı artırın” bölməsinə daxil olaraq balansınızı rahatlıqla artıra bilər və həmin hissəni sağa, sola hərəkət etdirərək digər xidmətlərdən də istifadə edə bilərsiniz.
Aşağı hissədə yerləşdirilmiş balans bölməsini sağa sürüşdürərək internet, dəqiqə və SMS paketlərinizə nəzarət edə bilərsiniz. Eyni zamanda bu bölmələrə toxunaraq aktiv paketiniz haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Nömrələrin idarə edilməsi
Sağ üst menyudan “Nömrələrin idarə edilməsi” bölməsinə daxil olaraq hesabınızda olan nömrələri görə bilər və idarə edə bilərsiniz. Eyni zamanda “yeni nömrə əlavə et” hissəsindən istifadənizdə olan bir və ya bir neçə nömrəni hesabınıza əlavə etmək də mümkündür.
Nömrə axtarışı
“Nömrə axtarışı” bölməsindən əldə etmək istədiyiniz nömrəni qeyd etməklə satış üçün uyğunluğu və qiyməti ilə tanış ola bilərsiniz.
Tariflər
Bu bölmədə siz, Tariflərlə ətraflı tanış ola bilər və istəyinizə uyğun bir tarifi seçərək asanlıqla qoşula bilərsiniz.
Paketlər
Bu bölmədə siz, danışıq və internet paketləri ilə ətraflı tanış ola bilər, istəyinizə və tələblərinizə uyğun olan paketi seçib aktiv edə bilərsiniz.
"Daha çox" menyusu
Tətbiqin digər funksiyaları “Daha çox ” menyusunda yerləşdirilib.
Bu hissədə “Xidmət nöqtələri” bölməsindən Naxtel Satış və xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayonları görə bilərsiniz.
“Rouminq” bölməsindən rouminq xidmətinin istifadə olunduğu ölkələr və tariflər haqqında ətraflı məlumat əldə etmək mümkündür.
“Canlı dəstək” bölməsinə daxil olaraq sual və təkliflərinizi Çağrı mərkəzi operatorlarına birbaşa yönləndirə bilərsiniz.
Yeni və aktual kampaniyalar haqqında ətraflı məlumat “Daha çox” menyusunda “Kampaniyalar” bölməsində yerləşdirilmişdir.