Slider

Naxtel onlayn platformalarda

Naxtel mobil şəbəkəsi hər zaman Muxtar Respublikada və Azərbaycanın digər bölgələrində yaşayan abunəçilərinin rahatlığının təmin edilməsi məqsədilə müvafiq işlərin icrasını həyata keçirir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvanbank, Kapitalbank, Azərtürkbank, Rabitəbank, həmçinin digər regionlarda yerləşən bankların kart və digər əməliyyatlar zamanı göndərdiyi SMS-lərin Naxtel abunəçilərinə də göndərilməsi üçün artıq sistemdə interqrasiya işləri aparıılıb.

Artıq bir çox xidmətlərin qısa nömrələr vasitəsilə göndərdiyi SMS-lər Naxtel nömrələrinə də inteqrasiya olunub. Bununla da abunəçilərin bu kimi platformalarda Naxtel nömrələri ilə qeydiyyatdan rahatlıqla keçmələri üçün bütün geniş imkanlar yaradılıb.

Naxçıvanda fəaliyyət göstərən Naxçıvanbanka məxsus ödəniş aparatı və Azərbaycanın digər bölgələrində xidmət göstərən Milliön, E-manat, Express-Pay ödəniş aparatlarında ödəmə əməliyyatlarını həyata keçirən vətəndaşlar Naxtel nömrələrinin balansını da asanlıqla artıra bilərlər.

Bundan əlavə hesab.az, e-pul, asanpay və bu kimi onlayn ödəniş platformalarından Naxtel nömrələrinin balanslarını artırmaq abunəçilər üçün indi daha asan və rahatdır.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan E-gov.az və My-gov.az elektron hökumət portallarında abunəçilər öz adlarına olan nömrələri ilə qeydiyyatdan keçə bilərlər.

Muxtar Respublikada Təhsil Nazirliyinin nəzdində yaradılmış Təhsil kurslarında keçirilən sınaq imtahanlarında iştirak edən şagirdlər üçün imtahan nəticələrini Naxtel nömrələrindən 7070 qısa nömrəsinə SMS göndərməklə öyrənmək artıq daha asandır. Bundan əlavə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali təhsil müəssisələrinə qəbul və magistr imtahanlarında topladıqları balı və daxil olduqları təhsil müəssisələrini öyrənmək üçün abituriyentlərin Naxtel nömrələri ilə 7727 və 7737 qısa nömrələrinə SMS göndərmələri üçün də müvafiq işlər görülüb.