Naxtel GPS izləmə sistemi ilə real vaxt rejimində nəqliyyat vasitəsinin olduğu ərazini, onun sürətini, keçdiyi məsafəni, iş rejimini izləyə və yanacaq sərfiyyatına nəzarət edə bilərsiniz. Sistemin əsas vəzifəsi zonaları təyin etmək və onların hüdudlardan kənara çıxma hallarına nəzarət etmək, bir çox göstəricidən (məsafə, motosaat, dayanacaq, gediş, yanacaq sərfi və s. haqqında) ibarət hesabatları almaq və lazımi formata salmağa imkan verir. Marşrutlara nəzarət sistemləri avtonəqliyyat vasitələrini müəyyən marşruta təhkim etməyə və həmin marşrutdan kənara çıxmalara nəzarət etməyə imkan verir. GPS monitorinq sistemi nəqliyyat vasitələrinin istifadəsinin effektivliyinin artırılmasını təmin edir və müəyyən amillər sayəsində şirkətin nəqliyyat xərclərini 15-30%-dək azaltmaq imkanı yaradır. Yanacaq sərfiyyatına, nəqliyyatın məqsəddən kənar istifadəsinə, sürət həddi və sürücülərin intizamına nəzarəti bu sistem vasitəsilə diqqətdə saxlamaq daha asan və əlverişlidir.
Naxtel GPS izləmə sistemi ilə siz real vaxt rejimində nəqliyyatın aşağıdakı parametrlərinə nəzarət edə bilərsiniz.
- Real vaxt rejimində istənilən sayda obyektlərin hərəkətinə nəzarət;
- Ən aktual xəritələrdən istifadə;
- Məlumatın təhlilinin aydın qrafiklər şəklində təqdim edilməsi;
- Dispetçerin gündəlik hərəkətlərinin avtomatlaşdırılması, iş vaxtına qənaət;
- Mühüm hadisələr (sürətin aşılması, nəqliyyat vasitəsinin boş dayanması, göstəricilərin dəyərlərinin dəyişməsi, obyektlə əlaqənin itməsi və ya verilmiş marşrutun nəzarət nöqtəsinə çatması) haqqında sistem mesajları vasitəsilə dərhal xəbərdarlıq;
- Marşrutların yaradılması və nəqliyyatın həmin marşrutlar üzrə hərəkətinə nəzarət;
- Lazımi məlumatın sistemə daxil edilməsi və işlənməsi üçün digər əlavələrə ötürülməsi;
- Çoxfunksiyalı hesabat konstruktorunun köməyi ilə istənilən həcmdə verilənlərin sistemləşdirilməsi.
Monitorinq sistemi veb-brauzerə malik və internet şəbəkəsinə qoşulmuş istənilən qurğuda işləyir.
Proqram təminatının lokal quraşdırılma zəruriliyi tələb olunmur.
Əldə olunan hesabatlar:
- Günlük hesabat
- Sürmə, dayanma
- Zonalara giriş, çıxış
- Motor saatı
- Benzin sərfiyyatı
- Boş işləmə vaxtı
- Ümumi hesabat
- Bildirişlər
- Məlumatlar
60 gün ərzində sistemdə saxlanılır. Əlavə məlumat və suallar üçün: (036) 550-83-82