Slider

“Gələcəyə doğru” fərdi inkişaf forumu.

Naxtel şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-ci ilinə həsr olunan “Gələcəyə doğru” fərdi inkişaf forumu keçiriləcək.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilmiş və bu il ərzində bir sıra tədbirlərin təşkili və keçirilməsi planlaşdırılmışdır.
Naxtel, Code AcademyNaxçıvan Universitetinin birgə təşkil etdiyi “Gələcəyə Doğru ” Fərdi İnkişaf Forumu keçiriləcək. 2023-cü il “Heydər Əliyev İli” münasibətilə təşkil olunan “Gələcəyə doğru” fərdi inkişaf forumunun keçirilməsi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi adlandırdığı gənclərin gələcək karyera planlarına yön verəcək və onların cəmiyyətdə uğurlu fərdlər olaraq yetişməsinə töhvə verəcəkdir.
Gələcəyə doğru” fərdi inkişaf formunda Code Academy tədris müəssisəsindən dəvət olunacaq Rəqəmsal Marketinq, Qrafik DizaynProqramlaşdırma mütəxəssisləri Naxtel şirkətinin uyğun sahələr üzrə mütəxəssisləri ilə birgə seminarlar həyata keçirəcəklər.
Tədbir 19, 20, 21 May tarixlərində, hər gün saat 10:00-13:0015:00-17:00 aralığında Naxçıvan Universitetinin konfrans zalında baş tutacaq.
Fasilə: 13:00-15:00
Tədbir iştirakçıları sonda iştirak sertifikatları əldə edəcəklər.
Tədbirdə iştirak üçün qeydiyyat sistemi formalaşdırılmışdır. Üç gün keçirilməsi nəzərdə tutulan tədbirin hər günü üçün iştirak etmək istəyənlər ayrılıqda qeydiyyatdan keçə bilər.
Tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçin.

Əlaqə: +994 (36) 550 83 82

Qeyd: Forumda iştirak etmək üçün şəxsiyyət vəsiqəniz üzərinizdə olmalıdır.