Slider

"Gələcək dəyərlər" IT CLUB-2022.

Şirkətimiz mobil rabitə xidmətləri ilə yanaşı, gələcək müxtəxəssislərin yetişdirilməsi sahəsində də öz tövhəsini verir. Ötən ildən təşkil olunan təkmilləşdirici dərslər bu il də davam etdirilir.

Dərslərdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin informasiya texnologiyaları sahəsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak edir.

Ötən dövr ərzində təşkil olunan kursları müvəffəqiyyətlə bitirənlər arasında hazırda şirkətimizdə fəaliyyət göstərən gənc müxtəssislər də var.

Dərslərdə tələbələrə şirkətimizin İT və Billing şöbəsinin peşəkar mütəxəssisləri tərəfindən “Oracle” və “SQL” proqramlarının fundamental hissələri tədris edilir.

Kursun müddəti 60 gündür. Kursu bitirən tələbələr üçün imtahan təşkil olunacaq və imtahanı uğurla başa vuran gənclər şirkətimiz tərəfindən sertifikatla təmin olunacaqlar.