Slider

"Dünya Sənin Gözündən" fotomüsabiqə.

“Gələcəyə Doğru” şüarı ilə hər zaman öz abunəçilərinin məmnuniyyətini əsas hədəf götürən Naxtel şirkəti öz layihələri ilə də daim diqqət mərkəzində olmağı bacarmışdır. Cəmiyyət tərəfindən rəğbətlə və böyük maraqla qarşılanan layihələrdən biri olan “Dünya Sənin Gözündən” fotomüsabiqəsinə 2018-ci ilin dekabr ayında start verildi və 2019-cu ilin aprel ayınadək davam etdi. Müsabiqə çərçivəsində 100–dən çox həvəskar və peşəkar fotoqraf fotolarla öz bacarıqlarını nümayiş etdirmək şansı qazandılar. Sosial media hesablarımıza göndərilən fotolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilərək seçildi. Naxtel şirkəti müsabiqə qaliblərini sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırdı. 1-ci, 2-ci, 3-cü yerin qalibləri yeni nəsil Huawei markalı smartfon, digər yerlərin qaliblərinə isə Mİ-Fİ və prestij nömrə hədiyyə edildi. Bu kimi layihələr Naxtel MMC-nin fəaliyyət proqramında hər zaman yer alacaqdır.