Slider

Mərkəzləşdirilmiş Elektron Dispetçer sistemi

Fəaliyyətə başladığı gündən Naxtel şəbəkəsi dayanıqlı rabitə və yüksək keyfiyyətli internet xidmətləri ilə Muxtar Respublikanın yaşayış məntəqələrini tam olaraq əhatə edir. Bu da öz növbəsində korporativ xidmətlərin yüksək səviyyədə həyata keçirilməsinə zəmin yaradır.

Bu xidmətlərdən biri olan GPS Monitorinq Sistemi Muxtar Respublikada fəaliyyət göstərən dövlət və özəl sektorlar tərəfindən səmərəli şəkildə istifadə olunmaqdadır. Belə ki, Naxtel şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin birgə hazırladığı Mərkəzləşdirilmiş Elektron Dispetçer sistemi istifadəyə verilmişdir. İnnovativ yeniliklərə əsaslanan və operativ keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə yaradılan elektron xidmət bir çox üstünlükləri ilə diqqəti cəlb edir.

Yeni xidmət vasitəsilə marşurut xətlərində olan ictimai nəqliyyat vasitələrinə GPS nəzarəti Naxtelin GPS monitorinq sistemi vasitəsilə anlıq olaraq həyata keçirmək mümkün olacaq. Bu da öz növbəsində sərnişin daşımalarının keyfiyyətinə təsir edərək, xoşagəlməz halların aradan qaldırılmasına köməklik göstərəcək. Yeni sistem 4 dildə, Azərbaycan, Türk, Rus və İngilis dillərində yaradılmışdır. Xidmət barədə ətraflı məlumat almaq üçün linkə keçid ala bilərsiniz.