Toplu SMS nədir?
Məhsullarınızı və ya xidmətlərinizi geniş auditoriyalara çatdırmanın ən effektli üsullarından biri Toplu SMS xidmətidir. Naxtelin təqdim etdiyi bu xidmət müştəriləriniz və firmanız arasında sürətli və sərfəli əlaqə qurmanın asan yoludur. Xidmət vasitəsilə siz istənilən zaman, istənilən yerdən müştərilərinizə və ya hədəf kütlənizə toplu və ya tək-tək mesaj göndərə bilərsiniz. Toplu SMS xidmətindən istifadə edən zaman siz aşağıda göstərilən meyarlardan istifadə edərək, məlumat göndərmək istədiyiniz seqmentlərə uyğun kütləni seçə bilərsiniz.
Toplu SMS xidmətindən necə istifadə edə bilərəm?
Toplu SMS xidmətindən istifadə etmək üçün Naxtel tərəfindən verilmiş istifadəçi adı və şifrəni daxil etməklə öz hesabınızı idarə edə bilərsiniz. Daxil olduğunuz bölmədə SMS sayı, list və kontaktlar və həmçinin SMS tarixçəsinə nəzarət edə bilərsiniz. Bu bölməyə müştəri bazasını daxil edərək, SMS mətnlərini təyin olunmuş nömrələrə tək-tək və ya toplu şəkildə göndərmək mümkündür. SMS standartlarına görə 140 simvol, Azərbaycan hərflərindən istifadə etdikdə isə 70 simvol 1 SMS hesab olunur.
Meyarlar
Ödənişə görə abunəçi kütləsinin seçilməsi. Bu meyarda abunəçinin aylıq balans yükləmələri əsas götürülür. Bu meyar sizə məhsullarınızın qiymətlərinə uyğun büdcəsi olan müştəriləri tapmaqda və onları məhsul və xidmətlərinizdən xəbərdar etməkdə kömək edəcək.
SMS qiymətləri və digər məlumatlar üçün əlaqə:
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev, 3/ AZ7000
Tel: (036) 550-83-82
E-mail: info@naxtel.az
Çağrı Mərkəzi: 299
Qeydlər
- Sifariş edilən minimum SMS sayı 5000 ədəd olmalıdır.
- Yuxarıda qeyd edilən meyarlardan hər hansı birini seçdikdə hər SMS üçün əlavə olaraq 0.01 AZN hesablanır.