Çağrı Mərkəzi
299 Çağrı Mərkəzi 7 gün, 24 saat Naxtel abunəçilərinə xidmət göstərir. Göstərilən xidmətlərlə bağlı hər hansı bir sual yaranarsa, fərdi və korporativ müştərilər qeyd edilən Çağrı Mərkəzinə zəng edərək məlumat əldə edə bilərlər.
Bütün Naxtel abunəçiləri üçün 299 Çağrı Mərkəzinə edilən zənglər, davamiyyətindən asılı olmayaraq qiyməti ƏDV daxil 10 qəpikdir.
Digər yerli operatorların abunəçiləri üçün isə +994606060299 nömrəsinə edilən zənglər zamanı tarif paketinin şəbəkəxarici zəng tarifi ilə hesablanacaq.
Canlı Dəstək
Naxtelin təqdim etdiyi xidmətlərlə bağlı hər hansı bir sual yaranarsa Naxtelin rəsmi internet səhifəsində və Naxtel Plus mobil tətbiqində yerləşən Canlı Dəstək vasitəsilə məlumat əldə etmək mümkündür. Canlı Dəstək bölməsinə daxil olaraq adınızı, elektron poçt ünvanınızı və əlaqə nömrənizi qeyd etməklə müraciətinizi mesaj bölməsinə yaza bilərsiniz.
Naxtel nömrələrindən: 299
Digər mobil operatorlar və şəhər nömrələrindən: +994 60 6060 299
Ofis: +994 36 550 06 00
E-mail: info@naxtel.az
Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev 3