Slider

Naxtel qadınları təbrik etdi.

Hər zaman yenilikləri ilə abunəçilərini sevindirən Naxtel, 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə xanım abunəçilərini sevindirib. Belə ki, Naxtel Müştəri Xidmətlərində, şəhərin müxtəlif istiqamətlərində Naxtel əməkdaşları tərəfindən xanımlara güllər hədiyyə edildi. Bundan əlavə Naxtel Müştəri Xidmətlərinə yaxınlaşan xanımlara pulsuz nömrə və 299 Çağrı Mərkəzinə zəng edən yüzlərlə xanım abunəçilərə isə 2GB həcmində internet trafiki təqdim olundu. Hər zaman ilklərə imza atan Naxtel bu il də ənənəsinə sadiq  qaldı.