Slider

"Möhtəşəm Lotereya" qaliblərinə hədiyyələri təqdim edildi.

2021-ci ilin dekabr ayında Naxtel şirkəti tərəfindən təşkil olunan “Möhtəşəm Lotereya” ötən həftə başa çatdı. 

7 may tarixində Azərbaycan estradasının məhşur müğənniləri Nuri Sərinləndirici və Jane-in iştirakı ilə keçirilmiş konsert tədbirində Lotereya iştirakçıları arasından qaliblər ictimai formada və tam şəffaf şəkildə seçilərək elan olunmuşdur. 

Lotereya qalibləri bir neçə dəyərli hədiyyələr və bir ədəd Hyundai Accent avtomobili qazanmışdır. 

11 may tarixində Lotereyanın seçim mərhələsində qalib olan 36 biletin sahibinə şirkət tərəfindən təşkil olunan tədbirdə müxtəlif dəyərli hədiyyələr və əsas mükafat olan avtomobil təqdim olunmuşdur. 

Təqdimat mərasimində iştirak etməyən iştirakçılar isə 45 gün ərzində Naxtel şirkətinə yaxınlaşaraq öz hədiyyələrini əldə edə bilər.

5
6