Naxçıvan Müştəri Xidmətləri | Naxçıvan Şəh., Heydər Əliyev Pr., 9 |
Naxçıvan Atabəylər dileri | Naxcivan Şəh., H.Əliyev Pr. 16 |
Naxçıvan Kenantel dileri | Naxçıvan Şəh., İstiqlal Küç., 121 |
Naxçıvan Nurtel dileri | Naxcivan Şəh., H.Əliyev Pr. 32/10 |
Naxçıvan Şərur dileri | Şərur R-nu., H.Əliyev Pr. 32 |
Naxçıvan Ulvi dileri | Ordubad R-nu., Mərkəzi bazar |
Kəngərli | Kəngərli R., İcra Hakimiyyətiylə üzbə-üz |
Culfa | Culfa R-nu., Heydər Əliyev Prospekti, Azerpoçtun yanı. |
Şahbuz | Şahbuz R-nu., Heydər Əliyev Pr., “Market” mağazası |
Şahbuz | Şahbuz R-nu., Heydər Əliyev Pr., Mərkəzi bazar |
Sədərək | Sədərək R-nu., Mərkəzi Bazar |
Babək | Babək R-nu., Heydər Əliyev Pr. Mərkəzi bazar |
Bakı Müştəri Xidmətləri Statistika | B.Bağırova ev 2 |
Gəncə Müştəri Xidmətləri | Cavadxan küç.. 16 |
- Naxtel abunəçiləri hansı tariflərə keçid edə bilərlər?
Naxtel abunəçiləri Azercell-in rəsmi saytında mövcud olan istənilən tarifə qoşula bilərlər. Bundan əlavə, yalnız Naxtel abunəçilərinə şamil edilən xüsusi kampaniya mövcuddur.
Yeni məhsulumuz olan DigiMax ın aşağıda qeyd edilən paketlərinə keçid etmək istəyən Naxtel istifadəçiləri üçün:
- DigiMax 3GB
İlk paket və 1 yenilənmə – tamamilə pulsuz.
Paketin növbəti 22 yenilənməsi 20% endirimlə
- DigiMax 5GB
İlk paket tamamilə pulsuz.
Paketin növbəti 11 yenilənməsi 20% endirimlə - DigiMax 10GB
İlk paket tamamilə pulsuz.
Paketin növbəti 11 yenilənməsi 20% endirimlə
- DigiMax 25GB
İlk paket tamamilə pulsuz.
Paketin növbəti 11 yenilənməsi 20% endirimlə
Üstünlüklərdən ümumilikdə 12 ay ərzində yararlanmaq mümkündür.
- Naxtel abunəçisinin balansı miqrasiya zamanı qalacaqmı?
Xeyr, Naxtel abunəçilərinin müqavilələrinə xitam verilməsi ilə əlaqədar olaraq nömrənin balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər Naxtel tərəfindən silinilinir (sıfırlanır) və yeni operatora köçürülmür. Bu barədə məlumatla Naxtel-in rəsmi saytında dərc olan elandan tanış ola bilərsiniz. Əlavə məlumat üçün isə Naxtel in 299 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. - Miqrasiya üçün Naxtel nömrəsi aktiv qalmalıdırmı?
Bəli. Əgər nömrə deaktiv olunubsa, bu halda 1 dekabr 2025 tarixinədək Naxtel ofisinə müraciət etmək lazımdır (ətraflı məlumat üçün Naxtel-in əlaqə mərkəzinə zəng edə bilərsiniz). - Əgər nömrə mənim adımda deyilsə nə etməliyəm?
Bu halda 1 dekabr 2025 tarixinədək Naxtel ofisinə yaxınlaşıb nömrəni öz adınıza keçirilməli daha sonra istənilən operatora daşıya bilərsiniz. - Miqrasiya hansı tarixlər ərzində mümkündür?
Miqrasiya 01.10.2025-30.11.2025 tarixlər ərzində mümkündür.
- Nömrəni Azercell-ə daşımaq üçün hara müraciət etmək lazımdır?
Azercell-in aşağıda qeyd edilən ərazilərdə olan xüsusi təyin olunmuş xidmət mərkəzlərinə 1 dekabr 2025 tarixinədək yaxınlaşaraq Azercell şəbəkəsinə keçid edə bilərsiniz.
- Qeyd edilən tarixlərdə nömrə Naxtel şəbəkəsindən digər şəbəkəyə keçid etməsə nə baş verəcək?
1 dekabr 2025 tarixinədək digər mobil operatorların şəbəkəsinə keçid etməyən istifadəçilərin Naxtel ilə olan müqavilələrinə xitam veriləcək və nömrələr abunəçinin istifadəsindən çıxarılacaq (ləğv ediləcək).
- Naxtel ilə bağlı yarana biləcək hər hansı bir sual üçün hara müraciət etmək olar?
Naxtel ilə bağlı yarana biləcək hər hansı bir suallarla Naxtel in 299 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz 01.12.25 kimi.