
Naxtel abunəçilərinin nəzərinə!
Diqqət! Nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadıldı. Dəyərli abunəçilərimiz, sizdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, balansınızdakı vəsaitlərdən tam istifadə etməyiniz və mobil operator seçiminizi daha rahat həyata keçirməyiniz üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilmişdir. Belə ki, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunmuşdur. 15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrənizi istədiyiniz şəbəkəyə daşıya bilərsiniz.
Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixindən etibarən dayandırılacaq.
Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
“Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir.
Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.
Vacib qeydlər!
- Nömrələrin daşınması adıçəkilən mobil operatorların Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Bakı, və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.
- Xüsusi təyin olunmuş xidmət mərkəzlərinin siyahısı ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
Azercell ünvanlar
Bakcell ünvanlar
Nar ünvanlar - Azercell, Bakcell və Nar tərəfindən təqdim olunan xidmət və tariflər barədə ətraflı məlumat üçün onların rəsmi internet səhifələrinə (www.azercell.com, www.bakcell.com, www.nar.az), o cümlədən operatorların Müştəri Xidmətlərinə müraciət etmək mümkündür.
Azercell: *1111
Bakcell: 555
Nar: Nar nömrələrindən 777; digər nömrələrdən: 012 444 0 777