XƏBƏRLƏR

11 avqust 2019-cu il tarixində Naxtel, Qurban bayramı və yeni Limitsiz tarif paketinin təqdimatı münasibətilə Naxçıvanın yeni memarlıq incilərindən biri olan Saat Meydanında möhtəşəm konsert proqramı təşkil etdi.

Aparıcı Şəhriyar Əbilov tamaşaçıları salamladıqdan sonra, konsert proqramı saysız hədiyyələrin təqdimatı, Dostlar Ritm Qrupunun maraqlı rəqsləri, Robot şou, sual-cavab oyunu, müğənni Zamiq Hüseynovun möhtəşəm canlı ifaları və konsertin sonunda keçirilən uduşlu lotereya ilə yaddaqalan oldu. Bununla yanaşı konsertə gələn hər bir naxtel abunəçisinə "saatmeydani"yazıb, 6060-a SMS göndərməklə Naxtel şirkəti tərəfindən 30 dəqiqə şəbəkədaxili danışıq və 1GB internet, həmçinin lotereyada iştirak etmək üçün "istirak kodu" təqdim olundu.

Yerli rəqqaslarımızdan və nağara ifaçılarımızdan təşkil olunmuş "Dostlar Ritm Qrupu" öz performansları ilə konsertə  gələn hər kəsə gözəl əhval ruhiyyə bəxş etdilər.

Konsert tədbirində Naxtel şirkəti bol ünsiyyəti sevənlər üçün yeni Limitsiz tarif paketinin təqdimatını keçirdi. Konsert iştirakçılarına yeni tarif haqqında məlumat verildi, braşurlar paylandı. Bu tarif özündə günlük L1, həftəlik L7, aylıq L30 paketlərini birləşdirir. Bu tarifə qoşularaq, paketlərdən hər hansı birini aktivləşdirib,cuzi xidmət haqqı ödəməklə günlük, həftəlik və ya aylıq limitsiz danışıqdan və SMS-dən istifadə etmək mümkündür.

 Tarif haqqında daha ətraflı:

Konsert tədbirində keçirilən sual-cavab oyununda Naxtel haqqında ünvanlanan suallara doğru cavab verən 7 nəfər konsert iştirakçısına Cho-cha, Chefm, Bullet, Köşəbaşı, Batumi, Təbriz panorama restoranlarına iki nəfərlik endirim kuponları, eyni zamanda cinemaplusa iki nəfərlik pulsuz bilet təqdim olundu.

 Daha sonra Robot şou nümayişi ilə konsert iştirakçıları enerji dolu dəqiqələr yaşadılar.Konsert tədbirində  ifaçı Zamiq Hüseynov kiçikdən böyüyə hər kəsin zövqünü oxşayan canlı ifaları ilə  tamaşaçılara unudulmaz gecə yaşatdı.

 Konsertin sonunda keçirilən uduşlu lotereyada iki ədəd Huawei markalı mobil telefon, 2 ədəd Mifi, prestij nömrə, digər dəyərli hədiyyələr və Batumiyə iki nəfərlik səyahət kuponu öz sahiblərini tapdı.

 

 

 

 

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner