XƏBƏRLƏR

 

 

 

“Naxtel” MMC olaraq Naxçıvan Muxtar Respublikasının hər nöqtəsinə texnologiyanı daşıyaraq hər kəsə bərabər imkan yaratmaq, insanları elm və texnologiyanın yaratdığı avantajlarla tanışdırmaq üçün çalışırıq. Aparılan işlərin nəticəsi kimi "Gələcək dəyərlər" layihəsini təqdim edirik. Naxçıvan Muxtar Respublikasında proqram təminatı səfərbərliyi elan edərək informasiya texnologiyaları sahəsinə marağı olan potensiallı gənclərin kəşf edilməsini hədəfləyirik. Bu layihə çərçivəsində fərdi-inkişaf və iş imkanları təklif edirik.
Bu layihə çərçivəsində NMR –da İT sektoruna marağı olan gənclərə öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən 60 gün müddətində təlimlər keçiriləcək. Təlim müddətində iştirakçılara Red-Hat alt strukturlu Linux əməliyyat sistemlərinin və Oracle SQL-in sirləri aşılanacaq. Beləki 60 günlük təlim müddətini müvəffəqiyyətlə başa vuran , telekommunikasiya sahəsində müvafiq bilikləri olan şəxslərə Naxtel MMC – nin “BİLLİNG & Charging" şöbəsində gələcək kariyerasını qurma imkanı yaradılacaq. Sizdə “Gələcək dəyərlər” layihəsinə qatılmaq və kariyera qurmaq barədə düşünürsünüzsə haqqınızda ətraflı məlumatı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail adresinə göndərin. 
Qeyd: İştirak etmək istəyən şəxslərin minimum İnformasiya Texnologiyaları biliklərinin olması vacib şərtlərdəndir. 
Təlimin keçiriləcəyi yer: Naxçıvan Gənclər Fondu.
Təlimin başlanğıc tarixi: 15.08.2019 saat:15:00
Təlimin müddəti: 60 gün 
Təlim ödənişsizdir.
Əlaqə: +994 36 550 46 06

          +994 60 220 00 51

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner