XƏBƏRLƏR

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 05 May 2019 cu ildə Naxçıvan şəhərində qaçış növü üzrə idman yarışı təşkil olunacaq. İdman yarışında yaşı 16 dan yüksək olan hər kəs iştirak edə bilər.

Mükafatlar: 

Marafon yarışında ilk 10 yerin qalibləri mükafatlandırılacaq.

I yer - 1000 AZN  /  II yer - 500 AZN

III yer - 300 AZN  /  IV yer - Mifi 

V  və X yerlərin qalibləri-Smart watch

 

 

 

 

 

 

İştirak qaydaları:

Marafonda iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün naxtel.az  saytı və Naxtelin social şəbəkə hesablarında yerləşdirilən qeydiyyat formlarını doldurmanız kifayətdir. Bundan əlavə  şəhərimizin  mərkəz hissələrində yerləşdirilən qeydiyyat məntəqələrində də qeydiyyatdan keçə bilərsiniz. Yarışda iştirak edən hər bir iştirakçı üçün yarış nömrəsi təqdim ediləcək. Yarış günü iştirakçılar spirtli içki və digər zərərli maddələrin təsirində olmamalıdırlar.

Yarış günü:

İştirakçılar yarışdan əvvəl, yarış vaxtı və yarışdan sonra verilən göstərişlərə əməl etməlidirlər

Yarış geyimi istəyə bağlı idman forması.

İştirakçılar yarış təşkilatçılarını sağlamlıq problemləri və ya qəbul etdikləri dərmanlar barəsində qabaqcadan xəbərdar etməlidirlər.

İştirakçılar yarışa rəsmi elan olunmuş START vaxtında başlamalıdılar.

Start xəttinə vaxtında gələ bilməyən iştirakçılar yarışa buraxılmayacaq.

Kənarlaşdırılma:

Nəzarətçilər qayda və şərtləri pozduğu halda istənilən iştirakçını yarışdan kənarlaşdıra bilərlər.

Kənarlaşdırma aşağıdakı hallarda ola bilər;

İştirakçı öz nömrəsini başqa yarışçı ilə təşkilatçının əvvəlcədən razılığı olmadan dəyişdirərsə;

İştirakçı təyin olunmuş marşrutdan kənara çıxarsa;

İştirakçı yarış rəsmisinin göstərişlərinə əməl etməzsə və ya hər hansısa təhqiramiz ifadələrdən istifadə edərsə;

Yarışın iştirak qaydalarında qadağan edilmiş maddə və ya içkilərdən istifadə edərsə;

Yarış zamanı digər iştirakçıya fiziki təmas edib ona maneə yaradarsa:

Öhdəliklər:

Yarışda iştirak, iştirakçının şəxsi fikri və riskidir.

Təşkilatçı itən əşyalara və dəymiş ziyana cavabdeh deyil.

Təşkilatçı yarış günü verilən ərzaq və içki məhsullarından yaranan hallara (allergiya və s.) görə məsuliyyət daşımır.

Qadağan olunan əşyalar.

Təhlükə yarada biləcək əşyalar. (kəsici,deşici alətlər)

Tezalışan mayelər, yanacaq, zəhərli və kimyəvi maddələr

Heyvanlar/ev heyvanları

Bir litrdən çox tutumu olan maye qablar

Layihənin hədəfləri:

İdmanın inkişafına dəstək vermək

Potensiallı idmançıların aşkarlanması

Sağlam həyat tərzinin təbliğini yaymaq

 

                                                          Təyin Olunmuş Marşurut

 

 

 

 

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner