XƏBƏRLƏR

   

Yeni il münasibətilə Naxtel 4G  sizləri sevindirməyə davam edir. Son tədbirimizdə yeni nəsil "Huawei GR 5" telefonu  öz sahibinə qovuşdu. Növbəti yeni nəsil Huawei telefonları və digər dəyərli hədiyyələrin qalibləri kimlər olacaq?. Bunun üçün “Dünya sənin gözündən” adlı Fotomüsabiqəni sizlərə təqdim edirik.

Müsabiqənin şərtləri:

Müsabiqə 20.12.2018-ci il tarixindən 31.03.2019-cu il tarixinə kimi davam edəcək.

Müsabiqə Naxtelin Facebook və İnstagram hesablarından təqdim olunacaq.

Müsabiqədə hər kəs müəllifi olduğu foto ilə iştirak edə bilər.

Fotolar aydın çəkilməli bulanıq və solğun olmamalı, yaradıcı və gözoxşayan olmalıdır. “Selfie” və bu kimi  fotolar qəbulolunmazdır.

Fotolar hər iştirakçının şəxsi hesablarından hər kəsə açıq (public) olaraq paylaşılmalıdır.

Paylaşılan fotolar #naxtel, #naxtel4g və #geleceyedogru hashtag-i ilə paylaşılmalıdır.

Müsabiqədən xəbərdar olmasını istədiyiniz dostlarınızı şərh bölməsində etiketləyə bilərsiniz.

Müsabiqədə hər hansı yaş məhdudiyyəti yoxdur.

Hər bir iştirakçı yalnız bir foto ilə iştirak edə bilər.

Fotolar əlavə olaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. mail adresinə göndərilməlidir.

Müsabiqədə 5  qalib müəyyənləşdiriləcək.

Qaliblər peşəkar münsif heyəti tərəfindən təyin ediləcək.

Mükafatlandırma mərasimi Gənclər Fondunda münsiflərin iştirakı ilə keçiriləcək.

 

*Qeyd: Milli, dini, irqi, cinsi ayrıseçkiliyə yol verən, sosial ədavəti qızışdıran, şəxslərin şərəf və ləyaqətini alçaldan, əxlaqi və mənəvi dəyərlərə zidd olan, zorakı məzmunlu və reklam xarakterli fotoların yayımlanması qadağandır.

 

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner