Slider

4G Mi-Fi cihazlarının kreditlə satışı.

Naxtel sərfəli kredit şərtləri ilə HUAWEI Mobile Wi-Fi cihazlarının satışını həyata keçirir. Eyni anda bir çox istifadəçi tərəfindən istifadə olunan daşınabilən cihazı Naxçıvan şəhərində yerləşən Naxtel Müştəri xidmətləri mərkəzindən əldə edə bilərsiniz.

Kredit şərtləri:

HUAWEI Mobile Wi-Fi cihazlarını aylıq ödənişi 25 manat olmaqla 6 aylıq kreditlə əldə edə bilərsiniz. Əlavə olaraq ilk ay 20 GB və növbəti 5 ay ərzində, hər ay 10 GB olmaqla internet hədiyyə olunacaq.

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi

2. İş yerindən arayış (iş stajı və əmək haqqı göstərilməlidir)

3. Bir nəfər zamin və onun şəxsiyyət vəsiqəsi

4G_mifi_kredit

Qeydlər

  • Təqdim olunan bonuslar yalnız Muxtar Respublikası daxilində keçərlidir və istifadə müddəti 30 gündür.
  • 4G Mi-Fi cihazının kreditlə satışı zamanı təqdim olunan bonusların istifadə müddəti, kreditin rəsmiləşdirildiyi tarixdən hesablanır.
  • Növbəti ay kredit ödənişi, kredit tarixindən əvvəl edilərsə, bonus internet trafiki kreditin rəsmiləşdirildiyi tarixə əsasən təqdim olunur.