XİDMƏTLƏR

''NAXTEL'' MMC–nin göstərdiyi xidmətlər

 

 

Yığım qaydaları :

NAXTEL nömrəsi ilə siz yerli və beynəlxalq zənglər edə bilərsiniz.

Yerli mobil operatorlara zəng üçün yığım qaydası: 

0”  “operator kodu”  “telefon nömrəsi”

Ölkədaxili şəhər/rayon telefonlarına zəng üçün yığım qaydası:

 “0”  “şəhər/rayon kodu”  “telefon nömrəsi”

Xarici ölkənin mobil nömrələrinə zəng üçün yığım qaydası:

 “00 və ya +” “ölkə kodu” “operator kodu”  “telefon nömrəsi”

Xarici ölkənin şəhər nömrələrinə zəng üçün yığım qaydası:

 “00 və ya +” “ölkə kodu” “şəhər kodu”  “telefon nömrəsi”

 

 

Balans xidməti:

Abunəçilər balanslarını artırmaq üçün NAXTEL ödəmə kartlarını bütün ölkə ərazisində yerləşən mağazalardan əldə edə bilər. Ödəmə kartı vasitəsilə balansınızı artırmaq üçün müxtəlif dəyərlərdə olan ödəmə kartı əldə edin, şifrə panelini silin, telefonunuzda *600#boyanın altında olan SIFRE# yazaraq 6060-a qısa mesaj göndərin. NAXTEL ödəmə kartı vasitəsilə siz yalnız öz balansınızı deyil, istənilən NAXTEL abunəçisinin balansını da artıra bilərsiniz. Bunun üçün siz telefonunuzda *600#balansını artırmaq istədiyiniz NAXTEL nömrəsini#boyanın altındakı SIFRE# yazaraq 6060-a qısa mesaj göndərin. Siz, həmçinin yeni ödəmə kartı almadan balansınızda olan pul hesabına digər NAXTEL abunəçinin balansını 0.50 AZN artıra bilərsiniz. Bunun üçün telefonunuzda *601#pul vəsaiti göndərmək istədiyiniz 10 rəqəmli NAXTEL nömrəsi# yazaraq 6060-a qısa mesaj göndərin. Xidmət haqqı 0.05 AZN-dir.

Siz balansınızda olan pul vəsaiti haqqında hər zaman xəbərdar ola bilərsiniz. Bunun üçün telefonunuzda *602# yazıb 6060-a qısa mesaj göndərin .

Bundan əlavə onlayn rejimində www.naxtel.az saytından plastik kart vasitəsi ilə balansınızı artıra bilərsiniz.

Balans yükləmə istisna olmaqla digər xidmətlərdən istifadə üçün 6060-a göndərilən SMS-lərin qiyməti 1 qəpikdir.

Ödəmə kartları:

1 2

3 4
5 6
7
Mənə zəng et xidməti:

NAXTEL-in “Mənə zəng et” xidmətinin imkanları ilə siz balansınızda kifayət qədər vəsait olmadığı halda digər NAXTEL abunəçilərinə onun sizə zəng etmək xahişinizi telefonunuzda *603#abunəçinin istifadə etdiyi mobil operatorun kodu və nömrə# yazaraq 6060-a qısa mesaj göndərə bilərsiniz.

 

 

Faktura sorğu xidməti:

NAXTEL-in “Faktura sorğu” xidmətinin imkanları ilə fakturalı abunəçilər nömrəsinin fakturası haqqında məlumat öyrənə bilər. Bunun üçün telefonunuzda FAKTURA yazıb 6060-a qısa mesaj göndərin.

 

 

Bonus balans sorğu xidməti:

NAXTEL-in “Bonus balans sorğu” xidmətinin imkanları ilə siz nömrənizdə olan bonuslar haqqında məlumat öyrənə bilərsiniz. Bunun üçün telefonunuzda BONUS yazıb 6060-a qısa mesaj göndərin.

 

 

Cari faktura sorğu xidməti:

NAXTEL-in “Cari faktura sorğu” xidmətinin imkanları ilə fakturalı abunəçilər carivaxtda olan faktura borcu haqqında məlumat öyrənə bilər. Bunun üçün telefonunuzda CARI yazıb 6060-a qısa mesaj göndərin.

 

 

Şəxsi kabinet xidməti:

NAXTEL-in internet ünvanındakı “Şəxsi kabinet” xidmətinin imkanları ilə siz nömrənizə aid xidmətlərdən istifadə edə bilərsiniz. Bunun üçün telefonunuzda SIFRE yazıb 6060-a qısa mesaj göndərin. Bu zaman sizin telefonunuza şifrə göndəriləcək.

 

 

İnternet ayarları:

Telefonunuzda interneti aktivləşdirmək üçün istənilən paketi seçin və açar sözü yazaraq 6060-a qısa mesaj göndərin.

İnternet paketlər haqqında:

Həcm Açar söz
50 MB 50
300 MB 300
500 MB 500
1 GB 1000
5 GB 5000
10 GB 10000
20 GB 20000
40 GB 40000
200 GB 200000

 

 

Servis xidmətləri:

Servislərin adı İstifadə qaydası  
CFU-Bütün zənglərin yönləndirilməsi Şəhər nömrəsinə Mobil nömrəyə Yönləndirilmənin ləğvi  
**21*0 şəhər kodu, nömrə #YES **21* +994 operator kodu, nömrə #YES ##21#YES  
CFB-Məşğul olduqda yönləndirmə Şəhər nömrəsinə Mobil nömrəyə Yönləndirilmənin ləğvi  
**67*0 şəhər kodu, nömrə #YES **67* +994 operator kodu, nömrə #YES ##67#YES  
CFNRy-Zəng cavabsız qaldıqda yönləndirmə Şəhər nömrəsinə Mobil nömrəyə Yönləndirilmənin ləğvi  
**61*0 şəhər kodu, nömrə #YES **61* +994 operator kodu, nömrə #YES ##61#YES  
CFNRc-Zəng çatmadıqda yönləndirmə Şəhər nömrəsinə Mobil nömrəyə Yönləndirilmənin ləğvi  
**62*0 şəhər kodu, nömrə #YES **62* +994 operator kodu, nömrə #YES ##62#YES  
BAOC-Bütün gedən zənglərə qadağa Aktiv edilməsi: Deaktiv edilməsi: Zənglərə qadağa xidmətinin bütün növlərinin ləğvi:  
*33* şifrə # YES #33*şifrə # YES #330*şifrə #YES   
BAİC-Bütün gələn zənglərə qadağa Aktiv edilməsi: Deaktiv edilməsi:    
*35* şifrə # YES #35*şifrə # YES #330*şifrə #YES  
CLİP-Açıq nömrə Sistemdə hər bir nömrə üçün aktivdir.  
CLİR-Gizli nömrə Sistemdə hər bir nömrə üçün aktivdir.  
Aktiv edilməsi: #31# nömrə  
CW-İkinci zəng Aktiv edilməsi: Deaktiv edilməsi:  
*43#YES #43#YES  
CH-Xətdə gözləmə  Sistemdə hər bir nömrə üçün aktivdir.  
 
MPTY-konfrans zəng  Sistemdə hər bir nömrə üçün aktivdir.  
 

 

 

SİM kartın təhlükəsizliyi:

Nömrənizin təhlükəsizliyi üçün SİM kartın plastik daşıyıcısının arxa tərəfində PİN və PUK kodlar yerləşir. PİN kod nömrənizi icazəsiz istifadədən qorumağa kömək edən məxfi 4 rəqəmli təhlükəsizlik kodudur. Pin kod ardıcıl olaraq 3 dəfə yanlış yığılarsa, SİM kartınız bağlanacaq. Nömrəni açmaq üçün PUK kodu lazım olacaq.

Puk kod sizə bağlanmış SİM kartınızı yenidən açmaq imkanı verən 8 rəqəmli təhlükəsizlik kodudur. PUK kod ardıcıl olaraq 10 dəfə yanlış daxil edilərsə, SİM kartınız tamamilə bağlanacaq və yeni SİM kart əldə etmək üçün ən yaxın NAXTEL Müştəri Xidmətləri Mərkəzinə müraciət etməli olacaqsınız.

 

 

Məlumat mərkəzi:

7 gün 24 saat xidmətinizdə olan NAXTEL Məlumat Mərkəzinə 299 nömrəsi vasitəsilə zəng edə bilərsiniz. Digər şəbəkələrdən (036) 299 yığmaq lazımdır.

 

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner