GPS MONİTORİNQ SİSTEMİ

  

 GPS MONİTORİNQ SİSTEMİNƏ DAXİL OL

Naxtel şirkəti tərəfindən təklif olunan bu nəzarət sistemi (web applikasiya) ilə nəqliyyat vasitələrinizə tam nəzarətlə yanaşı günlük, həftəlik, aylıq xərclərinizə nəzarət edə biləcəksiniz.

İstənilən fiziki, hüquqi şəxslər, müəssisələr, sahibkarlar bu xidmətdən istifadə edə bilərlər.

Web Applikasiyada hazır funksiyalar:

1.İstifadəçi giriş, çıxış funksiyaları

2.İzləmə bölməsi

3.Tarixcə bölməsi

4.Hesabat bölməsi

5.Zonalar bölməsi 

Web Applikasiyadakı funksiyaların özəllikləri:

1.İstifadəçi giriş, çıxış funksiyaları.

İstifadəçi adı və Şifrə sifarişçiyə Naxtel MMC tərəfindən nəqliyyat vasitələrinə quraşdırılan GPS avadanlıqlarına nəzarət üçün verilir.

2.İzləmə bölməsi.

İstifadəçi öz adı və şifrəsini daxil etdikdən sonra bu səhifəyə daxil olur.Bu bölmədə istifadəçi istifadəsində olan nəqliyyat vasitələrinə real vaxt ərzində xəritə üzərində nəzarət edə bilir.Nəqliyyat vasitələrinin hazırda harada olması, sabit dayanması və yaxud hərəkətdə olduğu sürətə nəzarət bu bölmə vasitəsilə izlənilir. 

3.Tarixcə bölməsi

İstəfadəçilər bu bölmədə nəqliyyat vasitələrinin gün ərzində və yaxud da müəyyən vaxt ərzində hansı ərazilərdə hərəkətdə olduğunu, maksimal sürətin hansı ərazidə baş verdiyini,orta sürətini və hərəkət trayektoriyasını görə biləcəklər.

Məlumatlar 60 gün ərzində saxlanılır.

4.Hesabat bölməsi

İstifadəçilər bu bölmədə nəqliyyat vasitələrinin gün ərzində və yaxud da müəyyən vaxt ərzində ətraflı hesabat əldə edə bilərlər.Bu hesabatı 1 toxunuşla çap edə və yaddaşda saxlaya bilərlər.

Əldə olunan hesabatlar.

Günlük hesabat

Sürmə,dayanma

Zonalara giriş, çıxış

Motor saatı

Benzin sərfiyyatı

Boş işləmə vaxtı

Ümumi hesabat

Alarmlar

Məlumatlar 60 gün ərzində saxlanılır.

5.Zonalar bölməsi

İstifadəçilər tərəfindən əlavə olunan zonalarla daha asan nəzarət, zonalar üzrə sürət həddinin təyin olunması,təyin olunan sürət həddinə nəzarət.

Əlaqə:(036) 5508382

 

 

                                                                 

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner