Slider

4G nədir?

4G, mobil operatorlar tərəfindən qurulmuş dördüncü nəsil kabelsiz rabitə şəbəkələri üçün təqdim olunan bütün protokolların və texnologiyaların ümumi adıdır. Daha böyük bant genişliyi və mobil cihazların internetə girişi üçün daha yüksək sürət təklif edən 4G ilə mesajlaşma, video zəng, mobil TV kimi xidmətlər daha sürətli və daha yüksək performansla həyata keçirilir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Naxtel  şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smartfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir.

4G-in hansı üstünlükləri var?

o     Yüksək sürət

o     Stabil şəbəkə

o     Materialların daha tez yüklənməsi və ötürülməsi

o     Kəsintisiz video və səsli zənglər

o     Yüksək keyfiyyətli video izləmə

Yuxarıda sadalanan üstünlüklərdən istifadə etmək üçün 4G (LTE) dəstəkləyən mobil telefon və SIM kartın əldə olunması əsas şərtdir.

Siz də 4G sürətinin yüksək imkanlarından yararlanmaq istəyirsinizsə, Naxtel Satış və Xidmət mərkəzlərinə yaxınlaşaraq Naxtel nömrəsi əldə edin.