Tarif paketi haqqında: Limitsiz tarif paketi özündə Günlük L1, Həftəlik L7 və Aylıq L30 limitsiz şəbəkədaxili danışıq və sms paketlərini birləşdirir. Abunəçi istəyindən asılı olaraq, Limitsiz tarifinə qoşulduqdan sonra bu paketlərdən birini seçərək şəbəkədaxili limitsiz danışıq və sms əldə edir. Bu tarifə yalnız fakturasız xətt abunəçiləri qoşula bilər. Tarifə qoşulmaq yeni nömrə alınan zaman ödənişsizdir.
Qoşulma:
- “Limitsiz” açar sözünü sms vasitəsilə 6060 – a göndərməklə
- Telefonun ekranından *610#400#Yes
- Naxtel plus mobil əlavəsi
- Şəxsi kabinet
Xidmət | Qiymət |
Şəbəkədaxili zəng / 1 dəq | 0.04 azn |
Şəbəkədaxili SMS / 1 ədəd | 0.03 azn |
Şəbəkəxarici zəng / 1 dəq | 0.04 azn |
Şəbəkəxarici SMS / 1 ədəd | 0.03 azn |
İnternet / 1 Mb | 0.02 azn |
Milli rominqdə zəng / 1 dəq | 0.06 azn |
Milli rominqdə SMS / 1 ədəd | 0.05 azn |
Milli rominqdə internet / 1 Mb | 0.06 azn |
Milli rominqdə beynəlxalq zəng / 1 dəq | 0.36 azn |
Milli rominqdə beynəlxalq SMS / 1 ədəd | 0.08 azn |
Beynəlxalq zəng / 1 dəq | 0.32 azn |
Beynəlxalq SMS / 1 ədəd | 0.06 azn |
Qeyd: Tarifdaxili paketlərdən hər hansı biri aktiv edilmədiyi halda şəbəkədaxili danışıq və sms Limitsiz tarif planına uyğun hesablanır. Tarif dəyişikliyi ödənişlidir və dəyəri 1azn təşkil edir. Zəng üçün hesablama intervalı 60 saniyədir.
Günlük L1 paketi
Bu paket sizə Naxtel abunəçiləri ilə gün ərzində limitsiz şəbəkədaxili danışıq və SMS imkanı yaradır.
Abunə haqqı 0,28 azn.
Abunəçi günün istənilən saatı paketi aktivləşdirə bilər. Paketin istifadə müddəti aktivləşdirilmə vaxtından asılı olmayaraq saat 23:59:59 - a qədərdir
Aktivləşdirmə qaydaları:
- L1 yazıb, 6060-a sms göndərməklə
- Telefonun ekranından *400#1#YES yığmaqla
- Naxtel Plus mobil əlavəsi
- Şəxsi kabinet
---------------------------------------------------------------------------------------------------------
Həftəlik L7 paketi
Bu paket sizə Naxtel abunəçiləri ilə 7 gün ərzində limitsiz şəbəkədaxili danışıq və SMS imkanı yaradır.
Abunə haqqı 1,80 azn.
Abunəçi istənilən zaman paketi aktivləşdirə bilər. Paketinin istifadə müddəti 7 gündür
Aktivləşdirmə qaydaları:
- L7 yazıb, 6060-a göndərməklə
- Telefonun ekranından *400#7#YES yığmaqla
- Naxtel Plus mobil əlavəsi
- Şəxsi kabinet
---------------------------------------------------------------------------------------------------------
Aylıq L30 paketi
Bu paket sizə Naxtel abunəçiləri ilə 30 gün ərzində limitsiz danışıq və SMS imkanı yaradır.
Abunə haqqı 7,80 azn.
Abunəçi istədiyi zaman paketi aktivləşdirə bilər. Paketin istifadə müddəti 30 gündür
Aktivləşdirmə qaydaları:
- L30 yazıb 6060-a göndərməklə.
- Telefonun ekranından *400#30#YES yığmaqla.
- Naxtel Plus mobil əlavəsi
- Şəxsi kabinet
L1, L7 və L30 paketlərinin istifadə müddəti haqqında məlumatı *400#YES və ya *6060#YES yığmaqla, "BONUS“ yazıb 6060 – a sms göndərməklə əldə edə bilərsiniz.
Qeyd: Paket abunəçi tərəfindən deaktiv edilə bilməz.Digər istiqamətlərə zəng və ya SMS tarif cədvəlinə görə hesablanacaq.Naxtel şirkəti paketi sonlandırma və ya qaydalarında dəyişiklik etmə haqqını özündə saxlayır.L1,L7,L30 paketləri çərçivəsində təqdim olunan şəbəkədaxili limitsiz danışıqlar və SMS Muxtar Respublika daxilində keçərlidir.