Tələbə paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsil alan tələbələrə şamil olunur. Belə ki, ali və orta ixtisas təhsili alan hər bir vətəndaş istəyindən asılı olaraq öz tələbə bileti və şəxsiyyət vəsiqəsi (18 yaşı tamam olmayan tələbələr öz valideyinləri və ya  himayəsində olduqları şəxslə, onların şəxsiyyət vəsiqəsi) ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxtel Müştəri Xidmətləri Mərkəzlərinə  yaxınlaşaraq xüsusi kateqoriyaya ayrılmış nömrələrdən istədiyi birini  pulsuz əldə edə bilər. Bundan sonra tələbə  bizim ona təqdim etdiyimiz güzəştlərdən yararlana biləcək.

Güzəşt:

1. Pulsuz nömrə

2. Ay ərzində balansın artırılması

3 – 5,99  manat  olduqda 300mb, 6 – 8,99 manat olduqda 600mb, 9 – 11,99 manat olduqda 900mb, 12 – 14,99 manat  olduqda 1200mb, 15 – 17,99 manat  olduqda 1500mb, 18 manat və yuxarı olduqda isə 1800mb internet hədiyyə olunacaq.

 

  Zənglər, sms və internet Manat
  Tarif daxili zəng (1 dəqiqə üçün) 0.01
  Şəbəkə daxili zəng  (1 dəqiqə üçün) 0.02
  Şəbəkə daxili SMS (1 SMS üçün) 0.02
  İnternet (1 MB üçün) 0.01
  Digər istiqamətlərə zəng (1 dəqiqə üçün) 0.04
  Digər istiqamətlərə SMS (1 SMS üçün) 0.02
  Milli rominqdə zəng (1 dəqiqə üçün) 0.06
  Milli rominqdə SMS (1 SMS üçün) 0.05
  Milli rominqdə internet (1 MB üçün) 0.06
  Milli rominqdə beynəlxalq zəng (1 dəqiqə üçün) 0.36
  Milli rominqdə beynəlxalq SMS (1 SMS üçün) 0.08
  Beynəlxalq zəng (1 dəqiqə) 0.32
  Beynəlxalq SMS (1 SMS) 0.06

 

Qeyd: 1Zəng intervalı 20 saniyədir. Təqdim olunan bonuslar Naxçıvan Muxtar Respublikası daxilində istifadə edilə bilər  və istifadə müddəti 30 gündür.

           2. Tələbə paketində olan nömrələrin satışı yalnız Naxçıvan şəhərində yerləşən Naxtel Müştəri Xidmətlərində həyata keçirilir.

           3. 18 yaşı tamam olmayan tələbələr valideyni və ya himayəsində olduğu şəxslə birlikdə Naxtel Müştəri Xidmətlərinə yaxınlaşıb, nömrəni onlardan birinin adına rəsmiləşdirib əldə edə bilər. Bu zaman yenə də tələbə bileti mütləq şəkildə təqdim edilməlidir. Tələbənin 18 yaşı tamam olduqdan sonra valideyni və ya himayəsində olduğu şəxslə birgə yenidən Naxtel Müştəri Xidmətlərinə yaxınlaşıb nömrəni öz adına pulsuz şəkildə rəsmiləşdirə bilər.

           4. Tələbələrə özəl yaradılmış tələbə paketinin müddəti tələbə biletinin etibarlılıq müddəti bitənə kimidir. Bundan sonra nömrə Sosial paketə keçəcək və hesablama bu tarifə uyğun aparılacaqdır. Əgər tələbə öz təhsil müddətini uzadarsa və ya təhsil pilləsini dəyişərsə  bu zaman yeni tələbə bileti ilə Naxtel Müştəri Xidmətlərinə yaxınlaşıb, yenidən Tələbə paketinə qoşula bilər.

aliyev mueum new
 
nakhchivanaz banner new
 
e hokumet
 
turizm menu banner