EN | RU

Naxtel abunəçilərinin nəzərinə!

01.12. 2025-ci il tarixindən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.

“Naxtel” MMC abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə olunur.

Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).

“Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir.

Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.

Vacib qeydlər!

  1. Nömrələrin daşınması adıçəkilən mobil operatorların Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Bakı, və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.
  2. Xüsusi təyin olunmuş xidmət mərkəzlərinin siyahısı ilə aşağıdakı linklər vasitəsilə  tanış ola bilərsiniz:
    Azercell ünvanlar
    Bakcell ünvanlar
    Nar ünvanlar
  3. Azercell, Bakcell və Nar tərəfindən təqdim olunan xidmət və tariflər barədə ətraflı məlumat üçün onların rəsmi internet səhifələrinə (www.azercell.com, www.bakcell.com, www.nar.az), o cümlədən operatorların Müştəri Xidmətlərinə  müraciət etmək mümkündür.
    Azercell: *1111
    Bakcell: 555
    Nar: Nar nömrələrindən 777; digər nömrələrdən: 012 444 0 777